NEXT “Hollywood Smile in Baku 2010”-nun siması seçildi -FOTO

NEXT “Hollywood Smile in Baku 2010”-nun siması seçildi -FOTO
Norveç Respublikasının Azərbaycandakı səfirliyi və "The Doctors" Assosiasiyası Azərbaycanda ilk dəfə "Hollywood smile in Baku -2010" marafonunu keçirir. Məlumata görə, bir neçə mərhələdən ibarət layihə insanları düzgün maarifləndirmək məqsədilə hazırlanıb. SİA-ya verilən xəbərə görə, proqramın keçiriləcəyi gecədə yalnız "Smile Control"dan keçə biləcək insanlar iştirak edəcək. Konsert proqramı boyunca qonaqlar Norveçdən gələn həkim qrupu tərəfindən pulsuz müayinə olunacaqlar. Bildirək ki, təşkilatçılar tərəfindən layihənin reklam üzü olaraq 4 yaraşıqlı oğlandan ibarət Next qrupu seçilib. Bundan başqa Norveçdən gələn mütəxəssislər tərəfindən 5 məşhur sənətçimiz "Ən gözəl təbəssümə görə" mükafatlandırılacaq. Qeyd edək ki, sözügedən müğənnilərin siyahısı konsert günü açıqlanacaq.

Next və digər sənətçilərin iştirakı ilə reallaşacaq möhtəşəm konsert proqramı 9 sentyabr saat 20:00-da Yaxt-klubun ən böyük gəmilərindən birində baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə