Aygün Bəylər: “İstəyimdən asılı olmayaraq mütləq arıqlamalıyam”

Ötən ilin dekabrında Can adlı qızını dünyaya gətirdikdən sonra, nəzərə çarpacaq şəkildə kökələn Azərbaycanın əməkdar artisti, muğam və estrada mahnılarının mahir ifaçısı Aygün Bəylər arıqlamağı qarşısına məqsəd qoyub. SİA-ya açıqlamasında müğənni söz verib ki, o yenidən əvvəlki görkəminə qayıdacaq: "Məncə əsl sənətə sahib olan müğənnilər üçün kök və ya arıq olmaq elədə böyük əhəmiyyət daşımır. Misal üçün mərhum xalq artistləri - Şövkət Ələkbərova, Sara Qədimova, Rübabə Muradova sağlıqlarında kilolu xanımlar idi. Bu siyahını uzada da bilərdim. Ancaq görün necə böyük sənət qoyub gediblər. O, ki, qaldı mənə, vallah səmimiyyətimə inana bilərsiniz, özümü elə də kök hiss etmirəm. Ancaq istəyimdən asılı olmayaraq mütləq arıqlamalıyam. Bacardığım qədər çalışacağam ki, tamaşaçılarımın qarşısına əvvəlki görkəmimdə çıxım".

Müğənniyə arıq olduğu və indiki vaxtda nə qədər çəkisi olması ilə bağlı xeyli sual ünvanlasaq da Aygün xanım, susmağa üstünlük verib: "Sənətlə bağlı sualları cavablandırmaq xoşuma gəlir. İstəmirəm ki, pərəstişkarlarım barəmdə hər şeyi detallarına kimi öyrənsinlər".

Bütün xəbərlər Facebook səhifəmizdə