Populyarlıq baxımından bəzi tanınmış Azərbaycan müğənnilərini kölgədə qoyan öncəgörücü Yeganə Zeynalova, xoşagəlməz insidentlə üzləşib. Belə ki, "odnoklassniki.ru" saytında öncəgörücünün klonu ortaya çıxıb. SİA-ya açıqlamasında onun adından saxta səhifə yaradılan Yeganə xanım narahatlığını dilə gətirib: "Fəal internet istifadəçisi olmadığım üçün bu xəbəri mənə yaxın olan insanlar çatdırdılar. Gözlərimlə görməyənə qədər inanmamışdım ki, kimsə adımdan istifadə edib, səhifə aça bilər. Görəndən sonra dəhşət məni bürüdü və həmin andaca "odnoklassniki" saytının rəhbərliyinə etirazımı yazılı olaraq göndərdim. Həmin səhifədə bəzi fotalarım da yerləşdirilib. Çox güman ki, o şəxs adımdan hətta kimlərləsə danışıb. Yaratdığınız fürsətdən istifadə edib internet istifadəçilərinə demək istəyirəm ki, mən heç bir tanışlıq saytında qeydiyyatdan keçməmişəm. Axı nə üçün adımdan kimlərsə istifadə edir?".
Saxta səhifənin ləğv ediləcəyinə ümidavar olduğunu bildirən öncəgörücü, onu nüfuzdan salmaq istəyən bəzi işbazların pis niyyətlərinin reallaşa bilməyəcəyinə əmin olduğunu da qeyd edib.
Xatırladaq ki, bu vaxta kimi sözügedən saytda bir çox tanınmış müğənnilərin - xalq artistiləri Brilliant Dadaşova, Nazpəri Dostəliyeva, Aygün Kazımova, eləcə də gənc ulduzlar Röya Ayxan, Nura Suri, Natəvan Həbibi və başqalarının da saxta səhifələri yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB