Hadisə və Timbaland Emil Şahinin qonağı olacaq- EKSKLÜZİV-FOTO

Hadisə və Timbaland Emil Şahinin qonağı olacaq- EKSKLÜZİV-FOTO
Gənc bəstəkar Emil Şahin Azərbaycanda analoqu olmayan səsyazma studiyası açır. Emilin SİA-ya verdiyi məlumata görə, carı ilin oktyabr ayında baş tutacaq açılış mərasiminə o, dünyaca məşhur müğənnilər Hadisə və Timbalandı dəvət edib: "Hal-hazırda studiyada hazırlıq işləri gedir. Açılışa mənim dəvətimlə məşhur müğənnilər Hadisə və Timbaland gələcək. Bu studiyada ən son texniki avadanlıq yer alacaq".

Emilin sözlərinə görə, açılışda həmçinin çoxdan bəri gözlənilən "Xəyallar" klipinin təqdimat mərasimi də baş tutacaq. Sonda bəstəkar əlavə edib ki, açılışdan sonra bütün qonaqları möhtəşəm şou gözləyir".

Bütün xəbərlər Facebook səhifəmizdə