Hüseyn Dərya ilə xanımı müğənni Aynura görə böyük qalmaqal yaşayıb- EKSKLÜZİV-FOTO

Hüseyn Dərya ilə xanımı müğənni Aynura görə böyük qalmaqal yaşayıb- EKSKLÜZİV-FOTO
Space TV-nin efirində yeni layihə start götürür. Belə ki, Space-in ən sevilən layihələrindən olan "Bazar" verilişinin yaradıcı heyəti ilə birgə istedadlı ssenarist və aparıcı Mikayıl Güləddinoğlu yeni TV mövsümünə maraqlı bir veriliş hazırlayırlar. Bu barədə SİA-ya verilişin rejissoru Aynurə Tahirqızı məlumat verib: "Hər həftənin cümə günləri axşam saatlarında şou aləmində baş verən ən son, ən şok xəbər olduğu kimi tamaşaçılara çatdırılacaq. Belə ki, gündəmdə olan söhbət və ümumiyyətlə şou aləmində nə vaxtlarsa olan, amma tam açılmayan nüanslarla əhatə olunmuş qonaqlar iştirak edəcək və aparıcımız Mikayıl Güləddinoğlunun çox maraqlı müzakirəsi olacaq".

Rejissor Aynurə xanım bildirib ki, verilişə "Olduğu kimi" adının verilməsi elə Mikayılın Güləddinoğlunun ideyasıdır: "Şou nümayəndələri bu verilişdə tamaşaçılara olduğu kimi təqdim ediləcək. Necə deyərlər "maskasız". Kimlərsə Mikayıldan da, məndən də soruşurlar ki, bəs qorxmursunuz bu veriliş düşmənlərinizi artırar? Biz isə hər zaman deyir ki, burada hər şey "OLDUĞU KİMİ" olacaq. Bundan qorxmaq yox, əksinə dəstək olmaq lazımdır. Nəzərinizə çatdırım ki, bu verilişdə də bizimlə birgə "Bazar" verilişinin əməkdaşları çiyin-çiyinə çalışır".

Aynurə Tahirqızının sözlərinə görə, verilişin ilk çəkilişi artıq baş tutub: "TV və şou aləminin yeni mövsümünün ilk böyük qalmaqalı məhz bizim verilişdən sonra başlayacaq".

Rejissor qeyd edib ki, ilk çəkilişin elə ilk qonaqları reper Hüseyn Dərya ilə onun yeni həmkarı gənc müğənni Aynur olub. Lakin çəkiliş zamanı hər iki məşhur sima böyük qalmaqal yaşayıb. Reperin həyat yoldaşı Sona xanımın qəfildən çəkiliş meydançasında görünməyi hər iki qonağı şoka salıb. Sona xanımın sözlərinə görə, onun çəkiliş meydançasına gəlməyinə səbəb gəzən şaiyələrə son qoymaq idi. Səbəbi isə təbii ki, qısqanclıq zəmində olub. Sona xanım həyat yoldaşını müğənni Aynura qısqanır. Digər baş verənləri hələ sirr saxlayan rejissor vurğulayıb ki, böyük qalmaqalın şahidi olmaq istəyənlər, 3 sentyabr axşam saat 22.00-da Space TV-nin efirinə baxmağı unutmasın. Hər şeyi olduğu kimi tamaşaçılara çatdırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə