Elton Murad Dadaşov haqda hər kəsi şoka salacaq ETİRAF

Elton Murad Dadaşov haqda hər kəsi şoka salacaq ETİRAF

Müğənni Elton Hüseynəliyev "Maşın" realiti şousu haqqında hər kəsi şoka salacaq etiraflar edib. SİA-nın məlumatına görə, sənətçi veriliş haqda ciddi ittihamlar səsləndirib: "Oksana xanım, verilişdə ən böyük qruplaşma sənin və Aqil M.Quliyevin əlindədir. Danışanda bir az səmimi ol. Murad yaxşı edib Kənanı saxladı. Bəli, məhz saxladı. Elcan, sənə uğurlar, inşallah finalda olarsan. Mənə isə evdə olmaq daha ləzzət edir, nəinki bəzi saxta sifətli insanların yanında görünmək. Kənan, sənə halaldır. Orda yalnız səndə və Nadirdə səmimiyyət gördüm. Murad Dadaşov nə istəyir, o da olur. Çünki "Maşın" onun şousudur. Ora getdiyim üçün çox peşmanam. Elcanla heç bir işim yox idi. Bu, Muradın oyunu idi. Mən də oynadım və uduzdum. Həyat isə davam edir. Allah hamıya ürəyincə verəcək. Murad gördü ki, oyun düz getmir Elcanla məni əsəbiləşdirib bir-birimizə qarşı qoydu. Ümumiyyətlə, bütün iştirakçılar hər şeyi bilir. Orda qazanan bir nəfər var - o da şounun ağası. Gerçəkləri demək lazımdır ki, hamı bilsin. Millətin pulu boş yerə gedir".

E.Hüseynəliyev prodüseri olan Tarix Əliyevə (Tolik) də ismarış göndərib: "Tolik, sənin orda qalmağının artıq heç bir mənası yoxdur. Yenə də özün bilərsən".

Bütün xəbərlər Facebook səhifəmizdə