Yalçın Rzazadə əsəbiləşdi: "Hamının başına iş gələ bilər" AÇIQLAMA

Yalçın Rzazadə əsəbiləşdi: "Hamının başına iş gələ bilər" AÇIQLAMA

Uzun müddətdir xəstə olan xalq artisti Yalçın Rzazadə əsəbiləşib. SİA-ya açıqlama verən ifaçı haqqında yayılan söz-söhbətə son qoyub: "Deyilənlərə görə, ağır yataq xəstəsiyəm. Səhhətim çox pisdir. Bu əsassız xəbərlərə görə telefonum susmur. Amma elə deyil. Məni sevənlər, dəyərli dostlarım, yaxşıyam. Hamının başına iş gələ bilər. Ayağım sınmaqla o demək deyil ki, ölümcül xəstəyəm. Hazırda yaxşıyam. Mənə görə narahat olanlar, əsası olmayan məlumatlara inanmayın. Bir az səhhətim düzələndən sonra hətta efirə çıxmağı da düşünürəm".

Bütün xəbərlər Facebook səhifəmizdə