"Maşın şou"da müğənni Elton Hüseynəliyevin aktyor Elcan Rəsulovla qarşıdurması izləyicilər tərəfindən söz-söhbətə səbəb olub. SİA-nın məlumatına görə, izləyicilər "Elcanı təkləmisiniz" kimi ifadələr söyləyiblər. Tamaşaçıların bu iradlarına prodüser Tolik cavab verib: "Sizdən çox xahiş edirəm, burada yazmayın ki, Elcanı təkləmisiniz. Elcan mənim düşmənim deyil. Məni döyməyib, söyməyib. Heç Elton onu çıxarmayacaqdı. Sadəcə Elcan şoudakıların hamısına sübut etdi ki, niyə susursunuz?! Ayıbdır. O, pis uşaq deyil. "Range Rover" markalı maşını da var. Sağlığına qismət olsun. Amma mən buraya kiminləsə düşmən olmağa gəlməmişəm və Allahdan qorxuram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB