Müğənni Aytac Vidadiqızı aparıcılığa başlayıb. SİA-ya açıqlama verən Aytac Vidadiqızı verilişin ilk buraxılışının artıq çəkildiyini və yaxın günlərdə nümayiş olunacağını bildirib: "Verilişi tək aparmayacağam. "Rəngli səhifələr" adlı verilişi prodüsserim Aynur Əliyeva ilə birlikdə aparacağıq. İlk qonağımız Samiraldo oldu. Kifayət qədər maraqlı məqamlara toxunmuşuq. Ümid edirəm ki, həmkarlarım verilişdə səslənən tənqidi fikirlərə görə bizdən inciməyəcək. Çünki bu verilişdə qaranı ağ kimi qələmə verməyəcəyik. Ünvanlı ismarışlar yox, konkret ad çəkilən ismarışlar səslənəcək. Çəkilişimiz tamamlanıb. Hazırda montaj işləri gedir. Verilişdə şou-biznesdə baş verən bütün hadisələr təhlil olunacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB