"Maşın" şounun ilk buraxılışı baş tutub. SİA-nın məlumatına görə, əməkdar artist Murad Dadaşovun aparıcılıq etdiyi verilişdə iştirakçılar müğənni Elton Hüseynəliyevi sms səsverməsinə çıxarıblar. İfaçı verilişin əvvəlindən səs topladığı təqdirdə kimi çıxaracağını açıqlamasa da, şounun sonuna 20 dəqiqə qalmış aktyor Elcan Rəsulovu uzaqlaşdıracağını bildirib. Sonda isə müğənni 36,42 faiz səs yığaraq özü verilişdən gedib.
Qeyd edək ki, veriliş hər axşam saat 22:00-da yayımlanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB