2 ildən sonra Əli sevdiyi qızı canlı efirdə gördü

2 ildən sonra Əli sevdiyi qızı canlı efirdə gördü

"Zuhal Topalla" izdivaç verilişində daha bir maraqlı an yaşanıb. SİA-nın məlumatına görə, verilişdə iştirakçı olan azərbaycanlı model Əli Əkbər illər sonra canlı efirdə ilk sevdiyi qız Nurlana adlı xanımla 2 ildən sonra üz-üzə gəlib. Əli həyacanını gizlədə bilməyib və Nurlana ilə olan münasibətindən danışıb:"Biz onunla model kastinqlərindən birində ilk dəfə görüşmüşdük. O zaman Nurlananın 18 yaşı vardı. 2 il bərabər olduq. Onda mənim işim yox idi. Nurlana isə münasibətlərimizi rəsmiləşdirmək istəyirdi. Onun üçün ondan ayrıldım".

Nurlana isə Əliyə hirsli olduğunu və onu hələ də bağışlamadığını söyləyib:"Kaş ki, onda mənə səbəb desəydi. Amma məni heç nə demədən qoyub getdi. Depressiyaya düşdüm. Onu ilk burada kiməsə aşiq olub çıxdığını görəndə lap pis oldum. Amma iki gün əvvəl məni xatırlayınca, düşünmədən verilişə zəng vurdum".

İkili qarşılaşınca Nurlana göz yaşlarını saxlaya bilməyib. Əli isə ona ağ qızılgül verərək "Hələ də nəyi sevdiyini unutmamışam" deyib.

Xatırladaq ki, bir müddət öncə Əli efirdə ilk sevgisini unutmadığını etiraf edib:"Deyirlər ki, ilk sevgi heç vaxt unudulmur. Bu, həqiqətdir. Onu xatırladacaq nəsə var. Amma mən yenidən ilk eşqim kimi sevmək istəyirəm. Yenidən aşiq olmaq istəyirəm. Bəzən "Kaş ki…" deyirəm. Amma artıq həyatımda "Kaş ki..."lərin olmasını istəmirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə