Aparıcı Hacı Nuran ağır xəstəlikdən əziyyət çəkən xalq artisti Könül Xasıyevanı ziyarət edib. SİA-nın məlumatına görə, aparıcı sənətkarla şəklini "İnstagram" səhifəsində paylaşaraq bu sözləri qeyd edib:"Azərbaycanın xalq artisti, özünəməxsus səsi və ifa tərzi ilə xalqımızın sevgisini qazanmış Könül Xasıyevanı bu gün ziyarət etdim. Bildiyiniz kimi, son vaxtlar sevimli ifaçımız ağır xəstəlikdən əziyyət çəkir. Görüşümüz çox təsirli və kövrək oldu. Amma inanıram ki, Könül xanım tezliklə şəfa tapacaq. Çünki yeni "Həyat" fondumuz ona dəstəkdir. Biz isə sizin hər birinizə güvənirik. Bu yaxınlarda "Həyat" fondunun televiziya versiyasında ətraflı danışıb, sizli-bizli gözəl sənətçimizə dəstək olacağıq. Allah ona şəfa, bizlərinsə ürəyinə mərhəmət versin. Yardım etmək üçün hər hansı bir mobil operatorlardan 999 nömrəsinə zəng vurun və ya sms göndərin".
Qeyd edək ki, muğam ifaçısı efirlərin birində onurğa iflicindən əziyyət çəkdiyini deyib: "Hər il özüm müalicələr götürürəm. Oğlumla əlaqəli 2 il müalicələrə getmədim. Buna görə də, səhhətimdəki problemlər çoxaldı. Onurğamda problemlər yaranıb, iflicdir. Stress yaşayıram.
Allah ömür verərsə, yaşayaramsa, səhnəyə dönmək imkanım olarsa, yenə də həyatım əvvəlki kimi davam edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB