Türkiyədə yaşayan İradə kimlərin bostanına daş atdı?

Türkiyədə yaşayan İradə kimlərin bostanına daş atdı?

Türkiyədə yaşayan müğənni İradə İbrahimovadan xəbər var. SİA-nın məlumatına görə, ifaçı "İnstagram" səhifəsində bəzilərinə söz atacaq, status yazıb: "Səhifəmdə məni izləyib, gerçək sevgi bəsləyən, eyni zamanda görüntümə baxıb, öz təəbirinizcə desəm, "yorğun, təravətsiz, yaşlanmış" biri olaraq, görən hər kəsə salam olsun. Hansısa görüntülərimdə yorğun, yuxusuz olduğumu mən də etiraf edirəm. Amma bir ananın övladlarına göstərdiyi fədakarlığı bu şəkildə dəyərləndirənlərin olduğunu görmək, insanı daha yorğun və məyus edir. Düşünün ki, bu yorğunluğun həsrətini çəkən nə qədər qadın var?! Siz mənim gözlərimdəki məmnunluğu, övladlarıma olan sevgini görə bilmirsiniz? Nə gözəl ki, mən bunların hamısını övladlarım, ailəm üçün edirəm və halımdan məmnunam. Nə gözəl ki, mən bu cür yaşa doluram. Bu hissləri hər bir qadına arzu edirəm. Çünki keçirdiyim hisslər məni sadəcə xoşbəxt edir".

İ.İbrahimova köməkçisi olmasına baxmayaraq, hər işi özü etdiyini etiraf edib: "Fikirləşənlər də olur ki, "bəlkə İradə bunları tək başına idarə edir, köməksizdi?". Min şükür köməkçim də, sürücüm də, dayəm də var. Amma səhər saat 6-da oyanıb övladımı və həyat yoldaşımı işə yola salmaq, onları gülərüzlə qarşılamaq, qızım İpəyin məktəb təəssüratlarını, həyata baxışını öyrənmək, oğlum Alinin hər gün nəyisə öyrəndiyini izləmək, danışdığı ilk kəlmədən tutmuş yeriməyini, ətrafa münasibətini bilmək və s. bütün bunların verdiyi xoşbəxtliklə yanaşı, fiziki yorğunluğu daşımaq nə gözəldir. Gəlin, keçici yorğunluğu deyil, fərq etməz, kim olur olsun, bir ailənin cəmiyyətə göstərdiyi xoşbəxt hisslərdən danışaq və bundan hər birimizə pay düşsün. Bir sənətçinin ancaq ailəsi üçün fədakarlığı onun həyatda məğlubiyyəti deyil, qalibiyyətidir. Bu hissi yaşayanlar nə demək istədiyimi gözəl anladı, arzusunda olan qızlarımız isə zamanı gəlincə daha gözəl anlayacaq!".

Bütün xəbərlər Facebook səhifəmizdə