Azərbaycanlı müğənnidən yenilik AÇIQLAMA

Azərbaycanlı müğənnidən yenilik AÇIQLAMA

Müğənni Kamil Cəfərov repertuarını təzələyib. SİA-ya bu haqda sənətçinin özü açıqlama verib: "Unudulmaz sənətkarımız Qulu Əsgərovun repertuarına müraciət etmişəm. Belə ki, sənətkarın repertuarından olan "Aldandın şöhrətə" mahnısını özüməməxsus şəkildə ifa etmişəm. Bəstəni yeni aranjemanda səsləndirmişəm. Bəstə ifamda maraqlı alınıb. Bundan başqa ola bilsin ki, sevilən mahnılarımdan birinə klip çəkdirim. Hələ ki, bu haqda düşünürəm".

Bütün xəbərlər Facebook səhifəmizdə