Bəstəkar-müğənni və aparıcı Murad Arif toy mərasimlərinin birinə xanımı Cəmilə ilə birgə qatılıb. SİA-nın məlumatına görə, hər zaman həyat yoldaşının üzünü gizli saxlayan sənətçi bu dəfə də ənənəsinə sadiq qalıb. Cütlük toya gedərkən liftdə şəkil çəkdirib. Murat Arif fotoya "Mənim nağılım" şərhini yazıb.
Qeyd edək ki, Murad Arif 2011-ci il sentyabrın 27-də 30-cu yaş günündə Cəmilə Muxtarova ilə ailə həyatı qurub. Cütlüyün bir oğlu və bir qızı var.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB