Mustafa Ceceli boşandı FOTO

Tanınmış müğənni Mustafa Ceceli boşanıb. SİA-nın türk mətbuatına istinadən məlumatına görə, ifaçı 2008-ci ildə evləndiyi Sinem Ceceli ilə yollarını ayırıb. İstanbul Ailə Məhkəməsində baş tutan prosesdə Mustafa və Sinem vəkilləri ilə birgə iştirak ediblər.

Cütlüyün 6 yaşlı oğlu Arın anasına verilib. Onun bütün təhsil və digər xərclərini isə Mustafa Ceceli ödəyəcək. Bundan başqa, boşanma təzminatı olaraq Sinem Ceceliyə bir ev və 3 milyon lirə (təxminən 1,5 milyon manat) verilib.

Qeyd edək ki, boşanmaları haqda sosial şəbəkədə Mustafa Ceceli yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə