Əməkdar artistdən sevənlərinə xoş xəbər AÇIQLAMA

Əməkdar artistdən sevənlərinə xoş xəbər AÇIQLAMA

Əməkdar artist Naibə Allahverdiyeva uzun fasilədən sonra tamaşaçılarını sevindirəcək. SİA-ya bu haqda aktrisanın özü açıqlama verib: "Bildiyiniz kimi, uzun müddətdir ki, səhhətimdə baş verən narahatçılığa görə müalicə alırdım. Hazırda yaxşıyam. Səhhətimlə bağlı olaraq efirlərə də çıxmırdım. Artıq məni sevənlər televiziya məkanlarında görə biləcək. Belə ki, tezliklə telekanallardan gələn təklifləri dəyərləndirəcəm. Verilişlərdə iştirak edəcəm. Çünki sevənlərim mənim üçün darıxıb. Pərəstişkarlarım sosial şəbəkələrdə yazaraq məni görmək istədiklərini bildirirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə