38 yaşını qeyd edən Rəqsanə: "Həyatın hər üzünü gördüm"

38 yaşını qeyd edən Rəqsanə: "Həyatın hər üzünü gördüm"

Bu gün müğənni Rəqsanə 38 yaşını qeyd edir. SİA-nın məlumatına görə, özəl gününü qeyd edən sənətçi təəssüratlarını söyləyib: "Bu gün doğum günümdür. Nə yaxşı ki, doğuldum. Məni sevən iki balam, ailəm, dostlarım, dəyərli xalqım var. Bu, mənim üçün milyonlara bərabərdir. Allahımdan çox razıyam. Ağladım, güldüm, həyatın hər üzünü gördüm. İməklədim, yeridim, yıxıldım, qalxdım, amma sınmadım. Çünki Allahım mənə bu səsi, sənəti verdi. Bəzən bezdim, usandım, yoruldum. Amma sizin sevginiz mənə kömək oldu. Əkizlər bürcündən olan insanlar təmiz qəlbə sahibdirlər. Onlar çalışır ki, insanlara daim kömək etsinlər. Allahıma çox şükür, bu təmiz ürəyi mənə verib. Göz yaşlarım ixtiyarsız axır. Həmişə kövrək qəlbim, incə çiyinlərim çox ağır yüklərə sinə gərib. Hər zaman nəyəsə nail olmaq üçün nələrisə qurban vermişəm. Gec olsa da, arzuma çatmışam. Allahdan tək istəyim odur ki, övladlarımı yerbəyer edim. Anam Adilə, sağ ol ki, 38 il bundan qabaq məni dünyaya gətirdin".

Bütün xəbərlər Facebook səhifəmizdə