Bu günə kimi yalnız öz bəstələrini səsləndirən türkiyəli müğənni Sinan Akçıl repertuarına azərbaycanlı bəstəkar Rəsan Mehrəliyevin mahnısını daxil edib. SİA-nın məlumatına görə, R.Mehrəliyevin mahnılarını internetdən dinləyən türk müğənnisi özü ona əməkdaşlıq təklif edib və bu ilin martında onlar görüşüblər. Mayın 22-də isə onu doğum gününə dəvət edən S.Akçıl səhnəyə dəvət edərək, hər kəsin önündə bəstəkara təşəkkürünü bildirib.
Qeyd edək ki, əməkdaşlığın başlanğıcı olaraq, Sinan Rəsanın "İyi deyilim" mahnısını ifa edib. Sözləri R.Mehrəliyevin qardaşı Təvəkkül Mehrəliyevə məxsus olan mahnı bir günə Yotube kanalında 120 min baxış yığıb. Sinan Akçıl İnstagram səhifəsində mahnı ilə bağlı paylaşma edərək, "indiyə qədər ifa etdiyim ən gözəl slow mahnı" sözlərini yazıb. O, bir ay içində mahnıya klip çəkdirəcəyini qeyd edib.
Xatırladaq ki, R.Mehrəliyev 50-dən çox bəstənin müəllifidir. O, eyni zamanda "Artlemma Film" şirkətinin sahibidir. Mahnılarını satmadığını bildirən bəstəkar, "Doğan Music Company" ilə müqavilə imzalayıb. Şirkətin xətti ilə Ziynet Salı, Ferhat Goçer, Fettah Can Rəsan Mehrəliyevin mahnılarını oxuyacaqlar.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB