Uzun müddətdir xəstə olan Naibə Allahverdiyeva teatra qayıdır AÇIQLAMA

Uzun müddətdir xəstə olan Naibə Allahverdiyeva teatra qayıdır AÇIQLAMA

Uzun müddətdir xəstə olan əməkdar artist Naibə Allahverdiyevadan yeni xəbər var. SİA-ya açıqlama verən aktirsa hazırda sanatoriyların birində müalicə aldığını söyləyib: "Bildiyiiz kimi, uzun zaman idi ki, xəstəxanaların birində yatırdım. Bir az özümü yaxşı hiss etdiyimə görə, həkimim məsləhət gördü ki, sanatoriyaların birində müalicəmi davam etdirim. Əvvəlki günlərə nisbətən yaxşıyam. Özümü normal hiss edirəm. Onu da deyim ki, yenidən teatra qayıdacam. Teatrsız qala bilmirəm. Tamaşaçılar mənim üçün, mən də onlar üçün darıxmışam. Həkim mənə həyəcan keçirməyi və ağlamağı qadağa qoyduğu üçün tamaşalarda belə obrazları yaratmayacam".

Bütün xəbərlər Facebook səhifəmizdə