Almaniyanın Nurinberq şəhərində müğənni Damlanın konsertinin təxirə düşməsi böyük səs-küyə səbəb olub. Deyilənlərə görə, konsertin təxirə düşməsinə səbəb Almaniya səfirliyinin Damlaya viza verməməsi göstərilir.
SİA-ya məsələ ilə əlaqədar olaraq ifaçının prodüseri ilə əlaqə saxladı. Əməkdaşımıza açıqlama verən sənətçinin prodüseri bunları deyib:
"Konsertimiz bizim istəyimizlə təxirə salınıb. Burada işlərimiz çoxdur. 2-3 günümüzü ora sərf edə bilmədik. Bu səbəbdən də təşkilatçı ilə danışdıq, konserti başqa vaxta təyin etdik. Bu söz-söhbətlərə son qoymaq üçün bir neçə gündən sonra mətbuat konfransı keçirəcəyik. Həmin gün Damla xanım haqda yayılan şaiyələrə aydınlıq gətirəcəyik. Hər kəsi mətbuat konfransına dəvət edirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB