Azərbaycanlı bəstəkar biznes ortağını məhkəməyə verdi AÇIQLAMA

Azərbaycanlı bəstəkar biznes ortağını məhkəməyə verdi AÇIQLAMA

Bir çox məşhur mahnıların müəllifi Tural Bayraməliyev biznes ortağı Şadiyə Salehlini məhkəməyə verib. SİA-ya bu haqda bəstəkarın özü açıqlama verib: "Heç bir əsası olmayan iddia irəli sürüb. Nüfuzuma xələl gətirməyə çalışıb. Külli miqdarda faizə pul buraxan bu xanım haqqında mənim də irəli sürəcəyim iddialarım var. Amma bunun hüquqi müstəvidə çözülməsinə çalışacam. Onun barəmdə söylədiyi fikirlərin sübutu yoxdur. Şərikli işlədiyimiz zamanda mənim ona borcum qalmayıb. Sübut edəcəm ki, dələduz mən yox, onun özüdür. Nüfuzuma xələl gətirdiyi üçün məhkəmədə ondan 500 min manat təzminat tələb edəcəm".

Qeyd edək ki, Ş.Salehli bir neçə gün öncə T.Bayraməliyevin şərikli biznes qurmaq adı ilə onu aldadıb və 405 min ABŞ dolları pulunu aldığı barədə mətbuata məlumat vermişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə