İki ildir səhhətində problem olan xalq artisti Könül Xasıyeva verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, xanəndə iflicdən əziyyət çəkdiyini deyib: "Haqqımda gedən bütün yazılara son qoysunlar. Ən azından mənim yaşlı atam-anam var. Dəri xərçəngi ilə bağlı yazı çıxmışdı. Kimsə bunu anama deyib. Şəkər xəstəsidir, təzyiqi var, çox çətin anlar yaşayıb. Düzdür, səhhətimlə bağlı bəzi problemlərim var, övladım da xəstədir. Ancaq mən dəri xərçəngindən əziyyət çəkmirəm. Ömrümün 6 ilini övladıma həsr etdim, heç kimə bildirmədim. Özüm o yükün altına tək girdim. Oğlum Kazımın indi 9 yaşı var. 3 yaşından səhhətində problemləri var. Son 2 ildə vəziyyəti daha da pisləşib. Hər şeydən geri çəkildim. Evimi, maşınımı oğlumun yolunda qurban etdim. Çox şükür ki, əvəzində balamı ikinci dəfə qazandım".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB