Müğənni Aytac Vidadiqızı uzun müddətdir haqqında danışdığı "Azərbaycan" adlı mahnısına çəkilən klipini təqdim edib. SİA-ya danışan müğənni ilk dəfədir ki, təqdim etdiyi klip üçün bu qədər həyəcan keçirdiyini etiraf edib:"Bu klip böyük məsuliyyət tələb edir. "Azərbaycan" adlanır. Mahnının adı qədər ifası, görüntüsü, aranjimanı, səslənməsi də məsuliyyətli olmalı idi. Çalışdıq. Komanda olaraq əlimizdən gələn hər şeyi etdik ki, tamaşaçıların və dinləyicilərin ürəyincə olsun".
Müğənni klip çəkilişlərinin Azərbaycanın bir sıra rayonlarında getdiyini əlavə edib:"Mənim görüntülərim olan çəkilişlər Bakıda həyaat keçib. Çəkiliş komandası isə Bakı ilə yanaşı, Qobustan, Naxçıvan, Quba, Şəki və başqa rayonlarda da çəkiliş həyata keçirib. Ümid edirəm ki, klipə baxanlar bəyənəcək".
Qeyd edək ki, mahnının sözləri Elvin Mehmanlı, musiqisi isə ifaçının özünə aiddir. Aranjiman isə İlkin Valehoğluna məxsusdur. Klipin rejissoru isə Zaur Tahirsoydur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB