Murad Dadaşov: ""Maşın şou"da qalibə 30 min dollarlıq avtomobil verəcəyik"

Murad Dadaşov: ""Maşın şou"da qalibə 30 min dollarlıq avtomobil verəcəyik"

Aparıcı Murad Dadaşov mətbuat konfransı edib. SİA-nın məlumatına görə, aparıcı yeni başlayacaq "Maşın şou" haqda danışıb: "İlk "Maşın şou"da avtomobil şirkəti bizi aldatdı, maşını vermədi. Gedib başqa şirkətlə danışıb avtomobil aldıq. İndiki şou ətrafında da artıq qalmaqallar başlayıb. Gələ bilməyənlər oldu, çox narahatdırlar ki, onlarla yanaşı kimlər olacaq. Çalışıram hamı ilə dost olum. Hər adam bura gəlmək üçün seçilir, dəvətimlə gəlirlər. "Maşın şou"ya gəlmək üçün tapşırılanlar da olur, amma qəbul etmirəm. Hətta "pulunu verim, gəlim" deyənlər də oldu. Bu şounun istehsalat xərci yarım milyon manatdır. Şərikli iş ola bilməz. Artıq 13-cü "Maşın şou"dur, onlardan 10-u məşhurlarla keçirilib. İndiki "Maşın şou" da 9 yeni, 9 keçmiş iştirakçı olacaq. Qalibə 30 min dollarlıq avtomobil verəcəyik".

Murad haqqında gəzən dedi-qodulara da cavab verib: "Guya mən konsert edib Hüseyn Dəryaya pul verməmişəm. Niyə belə yalan dedilər, bilmirəm. Konserti öz hesabıma etmişdim. Bunu Kənan MM də bilir. Konsertdə repertuar az idi, oraya gənc ifaçı da saldıq. O, ifaçı Eldar Qasımov idi. Heyf, Hüseyni ətrafı qoruya bilmədi. Gücləri çatmadı".

Bütün xəbərlər Facebook səhifəmizdə