Özcan ad gününü "İstanbullu gəlin"nin çəkiliş meydançasında qeyd etdi

Özcan ad gününü "İstanbullu gəlin"nin çəkiliş meydançasında qeyd etdi

Müğənni və aktyor Özcan Dəniz yeni yaşını "İstanbullu gəlin" serialının çəkiliş meydançasında qeyd edib. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, yaradıcı heyət aktyora sürpriz hazırlayıb. Özcan həmin anların videosunu paylaşaraq yazıb: "Mən bu gün sabah azanı ilə bərabər Ankarada bir ailədə doğuldum. 19 May kimi gözə bir gün idi. Evdə anamın acılar içində dünyaya gətirdiyi bir uşağam. Bu saatdan sonra yaşayacaqlarımdan xəbərsiz olduğum kimi, bu saata qədər yaşayacaqlarımdan da xəbərsiz idim. Mənim xəbərim yox idi, amma mənim üçün hazırlanmış, ilahi qüdrətin mənə bağışladığı bir həyat. Dolu-dolu yaşanmış bir həyat".

Bütün xəbərlər Facebook səhifəmizdə