Samiraldo: “"Bozbash Pictures” komandasının üzvləri məni ələ salıb güldülər" AÇIQLAMA

Samiraldo: “"Bozbash Pictures” komandasının üzvləri məni ələ salıb güldülər" AÇIQLAMA

Stilist Samiraldonun başına gələn hadisə mətbuatdan gündəmdən düşmək bilmir. SİA-ya açıqlama verən stilist bunları deyib: "Aparıcı Afaq Gəncəlinin övladı dünyasını dəyişmişdi. Dərhal yas yerinə getdim. Hörmət etdiyim bir insanın yasına getmək mənim borcum idi. Afaq xanıma başsağlığı vermək istədim. Yuxarı çıxdım, orada Tolik və digər kişi tanınmışlar var idi. Gördüm ki, qadınlar içəridə həddindən artıq çoxdur. Balaca otaqda çox insan oturmuşdu. Aşağı düşüb reklam menecerimi maşında gözlədim. Daha sonra yas mərasimi qurulan yerə getdim. Menecerimə dedim ki, sən xanımlar olan yerə get, mən də kişi məclisinə girəcəm. Yas çadırında məni lağa qoyan insanlar gördüm. ""Bozbash Pictures" komandasının üzvləri və şou-biznesin tanınmış simaları da əyləşmişdi. Mənə söz atmağa başladılar. Dedilər ki, sənin yerin bura deyil, get qadınların olduğu yerdə otur. Mən heç kəsə fikir vermədim. Düşündüm ki, hörmət xatirinə onlara cavab verməyim. Onlar gülməyə başladılar. Özüm mərasimdən durub getdim, xətrimə dəydilər. Onlar heç olmaya Afaq xanıma hörmət edərdilər. Kənardan telefona çəkirdilər, gülürdülər. Açığını deyim, heç gözləmirdim. Mənim bu sözlərimə həmin mərasimdə olan heç bir şou-biznes nümayəndəsi cavab verməyəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə