Bu gün rejissor Kənan M.M-in ad günüdür. SİA-nın məlumatına görə, 41 yaşlı rejissor təəssüratlarını bölüşüb: "Və 41 yaş. Özümü dərk edən gündən həmişə məzlumun yanında, zalımın qarşısında olmuşam. Həyatım boyu öncə ailəmə, sonra vətənimə, dostlarıma layiq olmağa çalışmışam və heç bir zaman məşhur olmaq üçün cəhd etməmişəm. Sadəcə həyat kimi hara layiqdir, öz əli ilə ora da qoyub. Heç kimi heç vaxt yarı yolda qoymamışam, mənə edilən pisliklərin yaddaşımdan silinməsi üçün çox dualar etmişəm. Bu millətin anasını anam, şəhidlərini qardaşım bilmişəm. Sənətimlə xalqıma, millətimə layiqli sənətçi olmağa çalışmışam. Beldən aşağı filmlərlə mübarizə aparmışam və bu yolda mənə dəstək olan öncə ailəmə, sonra müəllimlərimə minnətdaram. Bəzi jurnalistlər haqqımda olmayan yazılar yazıb, insan olduğum üçün bəlkə də kiminsə qəlbini qırmışam, amma əsl jurnalistlərə heyran olmuşam. Daxilimdəki həqiqətləri bir tək Allahım bilib. Çəkdiyim filmlərin qala gecəsinə gəlib məni təbrik edib, sonra qadın kimi mənim və filmim haqqında nalayiq sözlər deyənlər olub. Ən pisi də odur ki, mən onları tanıyıram. Bəzi səbəblərdən polisə də düşmüşəm. 1994-cü ildən kirayə yaşamışam, 20 yanvar metrosunda yeraltı bazarda gecə növbəsində gözətçi işləmişəm. Rejissor diplomum əlimdə bəzi TV kanalların qarşısında iş üçün boynumu bükmüşəm. Amma heç vaxt haram yeməmişəm və Allah 41 il mənimlə olub. Ən əsası, həmişə məni sevənləri tanımışam. Hörmətlə sizin Kənan MM. Mənə sizdən başqa heç kim lazım deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB