Xatirə ilə Vasifin dueti AÇIQLAMA

Müğənnilər Xatirə İslam və Vasif Məhərrəmli bir araya gəlib. SİA-ya açıqlama verən Xatirə Vasiflə duet oxuduğunu bildirib: "İlk dəfə olaraq Vasif Məhərrəmli ilə duet oxudum. Lirik mahnıdır. Bəstə "Mənim kimi" adlanır. Mahnı sevgiyə həsr olunub. Bəstənin sözləri və musiqisi Rauf Səbuhiyə, aranjimanı Rabil Səfərova aiddir. Bomba kimi duet olacaq. İnanırıq ki, "Mənim kimi" adlı duetimiz dinləyicilər tərəfindən bəyəniləcək. Hazırda mahnının aranjiman işləri gedir. Tezliklə bəstəni dinləyicilərin ixtiyarına verəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə