Aslı ilə Özcanın sevgili olma xəbəri yalan çıxdı FOTO

Aslı ilə Özcanın sevgili olma xəbəri yalan çıxdı FOTO

Müğənni Murat Bozla aktrisa Aslı Enverin ayrılmaqları söz-söhbətə səbəb olub. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, cütlüyün ayrılmasına səbəb A. Enverin "İstanbullu gəlin" serialındakı tərəf müqabili Özcan Dənizlə öpüşmə səhnələri olub. İfaçı buna görə Aslını qısqanıb və əsəbiləşib. Hətta iddia olunur ki, Aslı ilə Özcan ay yarımdır ki, gizli sevgi münasibəti yaşayır. Digər tərəfdən Özcanın yaxın dostlarına Aslıdan çox xoşlandığını deməsi Muradı özündən çıxarıb.

Hətta Ö. Dənizin A. Enveri ailəsi ilə tanış etdiyi bildirilir. Bundan başqa, Özcan bir müddətdir sevgili olduğu söylənilən 26 yaşlı aparıcı Selin Yağcıoğlu ilə münasibətini qısa zamanda bitirib.

Məsələyə Aslı "İnstagram" səhifəsində münasibət bildirib. O, sosial media hesabında paylaşdığı xəbərin altına "Yox artıq" qeydini yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə