Naz bu videosu ilə Əlini özündən çıxardı

Naz bu videosu ilə Əlini özündən çıxardı

"Zuhal Topalla" izdivaç proqramında azərbaycanlı gəlin Naz Mila həmyerlisi, bir müddət əvvəl sevgili olduğu iştirakçı Əli Əkbərlə bağlı paylaşım edib. SİA-nın məlumatına görə, Naz "İnstagram" səhifəsində video paylaşaraq Əliyə səslənib: "Çoxdandır səssizəm. Amma buradan bir nəfərə səslənirəm. Onun kim olduğunu siz də yaxşı bilirsiniz. Buradan "pişiyə" səslənirəm. Məni unudub da başqasını sevə biləcəyini zənn edirsənsə, səhv edirsən. Sən hələ məni unutmamısan".

Əli Nazın bu hərəkətinə əsəbiləşib və Nazdan niyə belə bir hərəkət etdiyini soruşub. Azərbaycanlı gəlin isə dediklərinin onunla əlaqəsi olmadığını vurğulayıb.

Lakin aparıcının "Sən Əliyə "Pişik" deyirdin" sözlərinə Mila "Bəli, biz bir-birimizi elə çağırırdıq" -deyə, cavab verib.

Bundan sonra deyilənlərin həqiqətən də Əliyə ünvanlandığı məlum olub.

Bütün xəbərlər Facebook səhifəmizdə