Dünya ulduzları konsert vermək təklifi alanda ilk növbədə rayderlərini təqdim edirlər. SİA-nın məlumatına görə, onların gedəcəkləri yerdəki çıxış qonorarı ilə yanaşı istəkləri də hər kəsi təəccübləndirir.
Ölkəmizdə baş tutacaq "Formula 1" yarışları çərçivəsində Meray Keri, Tarkan, Nikol Şerzinger kimi tanınmış müğənnilər və "Black Eyed Peas" qrupunun konserti gerçəkləşəcək. Görəsən, həmin ulduzların rayderləri nədən ibarətdir? Mynews.az həmin ifaçıların rayderlərini təqdim edir.
Onlar indiyə kimi getdikləri konsertlərdə bunları tələb ediblər:
Meray Keri dünyanın ən kaprizli ulduzlarındandır. Onun istəkləri arasında ilk növbədə dəyəri 1500 dollar olan şampan şərabından bir neçə şüşə olmasıdır. Onun qalacağı otaqda unitaz, əlyuma yeri və vanna yeni quraşdırılmalıdır. Tutacaqlar isə qızılı dəmirdən olmalıdır. Otaqda mütləq yumuşaq oyuncaqlar, 200 ədəd dəsmal, təbii güllər yerləşdirilməli, yerə və yatağa qızılgül ləçəkləri tökülməlidir. Meray Keri mineral su ilə vanna qəbul etməyi xoşlayır. Keri getdiyi yerə itini də aparır. İti üçün də əlavə vanna quraşdırılmasını tələb edir. O, mineral su ilə vanna qəbul edərkən, iti də onun yanında olmalı və mineral su ilə doldurulmuş vannaya uzadılmalıdır. Ən əsası isə o səhnəyə çıxanda kulisdə xüsusi bir adam qoyulmalıdır ki, ona saqqızını verməlidir.
Nikol Şerzinger də getdiyi yerdə rayderlərini ilk təqdim edənlərdəndir. Onun rayderinə ilk növbədə sıyıq daxildir. Daha sonra isə dənli bitkilərdən olan qidalar olmalıdır. Qrim otağında 20 dəsməl yerləşdirilməlidir. Onlar isə mütləq qara rəngdə olmalıdır. Ekzotik meyvələr yer almalıdır. Otaqdan gözəl qoxu gəlməlidir. Nikol meneceri ilə eyni mərtəbədə qalmalıdır.
Tarkan rayderində ilk növbədə onun yaradıcılığı ilə bağlı istəklər yer alır. Orkestri ilə eyni oteldə qalmalıdır, onların yeməyi, rahatlığı yüksək səviyyədə təşkil edilməlidir. Kulisdə viski, antep fıstığı və çoxlu dəsmal olmalıdır. Onları görməyəndə çox əsəbiləşir. Konsert hazırlığı uzun vaxt aparır. Kulisdə çox səs-küy olmamalıdır. Rahatlamaq üçün çoxlu bitki çayı içir. Özəl olaraq Bolqarıstandan gətirilən bitki qarışıqlı çayı içməsə, səhnəyə çıxmır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB