49 yaşlı Aygün Bayramova özünə vağzalı çaldıracaq AÇIQLAMA

49 yaşlı Aygün Bayramova özünə vağzalı çaldıracaq AÇIQLAMA

Deyilənlərə görə, xalq artisti Aygün Bayramova ailə həyatı qurur. SİA məsələni aydınlaşdırmaq üçün xanəndənin özü ilə əlaqə saxladı. Əməkdaşımıza açıqlama verən Aygün xanım xəbərin düzgün olduğunu təsdiqlədi: "Bildiyiniz kimi, şəxsi həyatımla gündəmə gəlməyi sevən sənətçi deyiləm. Allah hamının evində vağzalı səsinin gəlməsini nəsib etsin. Mən də may ayının 23-də otellərin birində özümə toy edəcəm. Tanınmış iş adamı ilə nikaha girəcəm. El şənliyimdə ailəmlə, qohumlarımla yanaşı, sənət dostlarım və bir çox iş adamları iştirak edəcək. Toyum media mənsubları üçün qapalı olacaq".

Qeyd edək ki, xalq artisti Aygün Bayramova ilk dəfədir ki, ailə qurur.

Bütün xəbərlər Facebook səhifəmizdə