Azərbaycanlı müğənni bu addımı ilə sevənlərini kədərləndirdi AÇIQLAMA

Azərbaycanlı müğənni bu addımı ilə sevənlərini kədərləndirdi AÇIQLAMA

Meyxanaçı Vasif Əzimov maraqlı etiraf edib. SİA-ya açıqlama verən ifaçı yeni mahnı ərsəyə gətirməyə vaxtı olmadığını bildirib: "Artıq 6 aydır ki, repertuarımı yeniləmirəm. Yaradıcılığımda ilk dəfədir ki, belə bir addım atıram. Sonuncu dəfə "Ölüm ölüm" adlı mahnım işıq üzü görüb və həmin bəstəyə klip çəkdirmişəm. Yeni mahnı hazırlamamağıma səbəb vaxtımın olmaması ilə bağlıdır. Seriala çəkilirəm, el şənliklərində, tədbirlərdə iştirak edirəm. Amma zamanım olan kimi yeni mahnı yazmaq niyyətindəyəm. Dinləyicilərimi intizarda saxlamağı sevmirəm. Məni sevənlər məndən yeni bəstələr gözləsinlər".

Bütün xəbərlər Facebook səhifəmizdə