Azərbaycanlı müğənni həmkarlarına meydan oxudu AÇIQLAMA

Azərbaycanlı müğənni həmkarlarına meydan oxudu AÇIQLAMA

Müğənni Vəfa Şərifova özünü şou-biznes nümayəndələrindən fərqləndirib. SİA-ya danışan sənətçi bunları deyib: "Hər zaman fərqlilik etməyi sevən sənətçiyəm. Şou-biznesin əksər müğənnilərindən də fərqlənirəm. Həm görnüşümlə, həm yaradıcılığımla həmkarlarımdan seçilirəm. Kliplərimdə də, mahnılarımda da hər zaman çalışmışam ki, qeyri-adilik edim. İmicimlə, yaradıcılığımla heç kimə bənzəmək və ya təkrarlamaq istəmirəm. Bu fərqliliyimi daima saxlamaq niyyətindəyəm".

Bütün xəbərlər Facebook səhifəmizdə