Diana Hacıyeva finala vəsiqə qazanıb

Diana Hacıyeva finala vəsiqə qazanıb

Xəbər verdiyimiz kimi, Kiyevdə Beynəlxalq Sərgi Mərkəzində "Eurovision 2017" mahnı müsabiqəsinin ilk yarım finalı keçirilib. SİA-nın məlumatına görə, gecədə 18 ölkənin təmsilçisi mahnılarını səsləndirib.

Yarışmada "Skeletons" mahnısını ifa edən təmsilçimiz Diana Hacıyeva və daha 9 ölkənin iştirakçıları finala vəsiqə qazanıblar. Həmin iştirakçılarla canlı şoudan sonra mətbuat konfransı keçirib və final şousunda ölkə təmsilçilərinin səhnəyə birinci və ya ikinci hissədə çıxma ardıcıllığı müəyyən edilib.

Təmsilçimiz "Eurovision 2017"nin finalında səhnəyə ilk hissədə çıxacaq.

Qeyd edək ki, ikinci yarımfinal mayın 11-də, final isə mayın 13-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə