Hansı azərbaycanlı müğənni sənətdən getmək fikrinə düşdü?

Hansı azərbaycanlı müğənni sənətdən getmək fikrinə düşdü?

Müğənni Eldar Ələkbərov maraqlı etiraflar edib. SİA-nın məlumatına görə, ifaçı bir müddət öncə sənətini atmaq, başqa bir işlə məşğul olmaq fikrinə düşdüyünü bildirib: "Zamanında dırnaqarası dostlarım olub. Onlarla nəfəs almışam, çox istəmişəm. Amma heyf o çox istəmələrə. Əsas məsələ odur ki, bu gün yaxşı dostlarım var. Sevinirəm ki, bu gün o yaxşıları Allah mənə nəsib edib. Artıq keçmişdə olanları unutmuşam. İnsan nə əkirsə, onu da biçir. Hərdən elə vaxtlarım olur ki, həmkarım Nazənin xanıma zəng edib demişəm ki, artıq sənətə əlvida deyib, Moskvaya gedirəm. Bizneslə məşğul olacam. Bu fikrimdən məni Nazənin xanım daşındırıb. Sənətdən getmək fikrimi bir neçə insanların yanında demişəm. Hiss etmişəm ki, onlar müğənnilikdən getməyimi istəyiblər. Amma Nazənin xanım belə etmədi, qarşımda dayandı ki, sənətimi atmayım".

Bütün xəbərlər Facebook səhifəmizdə