Azərbaycanlı müğənnidən gözlənilməz addım

Azərbaycanlı müğənnidən gözlənilməz addım

Müğənni-bəstəkar Elnar Xəlilov maraqlı layihəyə imza atıb. SİA-ya bu haqda sənətçinin özü açıqlama verib: "İranla Azərbaycanın birgə layihəsini həyata keçirdim. Belə ki, "Ürəyim darıxır" adlı mahnını ərsəyə gətirdim. Sözügedən mahnının birinci bəndi fars dilində, ikinci bəndi isə Azərbaycan dilindədir. Mahnının Azərbaycan dilində olan bəndinin sözləri və musiqisi mənə aiddir. "Ürəyim darıxır" bəstəsinin ərsəyə gəlməsi üçün rəhbərliyini mən etdim. Möhtəşəm mahnı alınıb. Ümid edirəm ki, dinləyicilər tərəfindən də bəyəniləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə