Amerika aktrisası malikanəsini 14,5 milyon dollara satır

Amerika aktrisası malikanəsini 14,5 milyon dollara satır

Amerika aktrisası Süzan Somers Kaliforniyanın Palm Sprinqs şəhərində olan malikanəsini 14,5 milyon dollara satışa çıxarıb. Qaynarinfo.az xəbər verir ki, aktrisanın sıfırdan inşa etdirdiyi ev qayalıqların ətəyində, təxminən 7 hektar ərazisi olan torpaq sahəsində yerləşir.

Layihəsi memar Albert Frey tərəfindən hazırlanan, yarım əsrlik tarixi olan malikanə beşmərtəbəli bir neçə villanının birləşməsindən ibarətdir. Evdə hər biri fərqli dizaynda yığılan 8 yataq otağı, bir neçə hovuz, 11 hamam otağı, şərab anbarı, mətbəxlər, bitişik villalara qalxmaq üçün funikulyor və s. var.

Bütün xəbərlər Facebook səhifəmizdə