Əməkdar artist Tünzalə Əliyevanın aparıcılıq etdiyi verilişində başına iş gəlib. Aktrisanın proqramda qəfil halı pisləşib. Özünü yaxşı hiss etmədiyini deyən T.Əliyeva su istəyib. Bu zaman o, huşunu itirərək yerə yıxılıb.
Tünzalə xanımın səhhətinin yaxşı olub- olmadığını öyrənmək istədik. SİA-ya açıqlama verən aktrisa bunları dedi: "Hazırda yaxşıyam. Özümü normal hiss edirəm. Səhhətimdə heç bir problem yoxdur. Veriliş zamanı huşumu itirərək yerə yıxılmağıma səbəb də yorğun olmağımdan irəli gəlib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB