Xatundan Rəqsanəyə sərt sözlər QALMAQAL

Xatundan Rəqsanəyə sərt sözlər QALMAQAL

Bir neçə gün bundan öncə Rəqsanə İsmayılova ilə qalmaqal yaşayan Xatun həmkarının ünvanına təhqir deyib. SİA-nın məlumatına görə, ifaçı bunları deyib: "Hamının səsi özünə xoş gəlir. Səsi, şousu, talant sözünün "t"sı yox, deyir sənətkaram. Yazıq səs rejissorları səsindəki xaricləri düzəldə bilmirlər. Xatun heç kimin kölgəsində, kiminləsə duet oxuyaraq məşhur olmayıb. Mahnılarımın bəziləri bəyənildi, dillər əzbəri oldu. İlk və tək parodiyaçı qadınam. Yaradıcılığım təkcə toy və Moskva toylarından ibarət deyil. Məşhur olmaq üçün nə etmək lazımdır? Lüt gəzmək, min üzlü olmaq, onun-bunun ərindən bic doğmaq, pozğun ətrafla gecə həyatı yaşamaq, kirayədən "Galenvagen" götürüb acıq vermək, kirayə villa tutub, "İnstagram"da reklam etməkdir məşhurluq? Çalışmışam həyatda heç kimin haqqına girməyim, qınamayım, amma mümkün deyil. Çünki elə bir aləmdəyəm ki, müharibə etməsən, sülh yaşaya bilməzsən".

Bütün xəbərlər Facebook səhifəmizdə