Türkiyənin izdivaç verilişində Fərid nişanlandı

Türkiyənin izdivaç verilişində Fərid nişanlandı

"Zuhal Topalla" izdivaç proqramında azərbaycanlı iştirakçı Fərid türk qızı Nagihanla nişanlanıb. SİA-nın məlumatına görə, 2 aya yaxındır görüşən cütlüyün verilişdə nişan mərasimi baş tutub.

Aparıcı hər iki gəncin barmağına nişan üzüyü taxıb və onları nişanlı cütlük elan edib. Həm Fərid, həm Nagihan çox həyəcanlı olduqları üçün danışa bilməyiblər.

Nişan tortu kəsildikdən sonra cütlük rəqs edib.

Bütün xəbərlər Facebook səhifəmizdə