Məşhur müğənni Nikol Şerzinger və "Black Eyed Peas" qrupu Bakıya gəlir. SİA-nın məlumatına görə, Formula 1 Bakı Qran Prisi çərçivəsində baş tutacaq konsert barədə yarışmanın rəsmi saytında məlumat yerləşdirilib. Musiqi dünyasının ən məşhur ulduzlarından Nikol Şerzinger və "The Black Eyed Peas" qrupu iyunun 24-ü axşam saatlarında dənizkənarı bulvar ərazisində yerləşən böyük səhnəyə çıxacaqlar.
Qeyd edək ki, dünya ulduzlarının iştirakı ilə baş tutacaq konsertlərin açılışını 23 iyun tarixində meqastar Tarkan edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB