Toya hazırlaşan aktyor Burak Özçivit və aktrisa Fahriye Evcen məkanlardan birində jurnalistlərin suallarını cavablandırıblar. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, Burak "Kara sevda" serialındakı tərəf müqabili Neslihan Atagüllə küsülü olduğu barədə xəbərlərə aydınlıq gətirib: "Mənim heç kimlə problemin yoxdur. Çəkiliş meydançasında heç bir problem yoxdur. Mətbuatda yazılanların bizimlə əlaqəsi yoxdur".
Qeyd edək ki, "Kara sevda" 5 seriyadan sonra final edəcək. Serialın Neslihan və Burak arasındakı münasibətlərin kəskinləşməsinə görə bitdiyi deyilir. İddia edilir ki, onlar hətta çəkilişdə bir araya gəlməməyə çalışırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB