"İlin Favoriti" mükafatının təqdimetmə mərasimi baş tutub FOTOLAR
"Şou Prodakşn"nın təşkilatçılığı ilə "İlin Favoriti" mükafatının təqdimetmə mərasimi baş tutub. SİA-nın məlumatına görə, mərasimdə hər sahəni əhatə edən insanlar mükafat alıb. Mükafatçılar arasında xalq artisti Flora Kərimova, əməkdar artist Səlim Abbasov, bəstəkar Sevinc Tofiqqızı, müğənnilər Rahidə Baxışova, Rövşən Əziz, Niyam Salami, aparıcılar Vüsalə Kərimova, Humay Muxtarova, təşkilatçı Aqil Məmiyev olub.
Tədbirdə eyni zamanda mükafatçılara tədbirin təşkilatı dəstəkçiləri tərəfindən endirim kuponları təqdim olunub.
Nəzərinizə çatdıraq ki, "İlin Favoriti" mükafatı hər il "Şou Prodakşn"nın təşkilatçılığı ilə baş tutur. Tədbirin keçirilməsinə məqsəd 2016-cı ildə həyata keçirdiyi layihələr ilə öz pərəstişkarlarını sevindirənləri, hit mahnıların müəlliflərini, istedadı ilə digər həmkarlarından fərqlənən aparıcıları, aktrisaları, modelleri, rejissorları, produserləri, stilistləri, KİV nümayəndələrini, iş adamlarını, biznes qurumlarını və s. digər həmkarlarından fərqləndirməkdir.
Qeyd edək ki, tədbirin informasiya dəstəyi Səs İnformasiya Agentliyinə məxsusdur.



























Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB