Türkiyəli müğənni Kibariyə Bakıda məkanların birində səhnəyə çıxıb. SİA-nın məlumatına görə, sənətçi konsertdən öncə jurnalistlərin suallarını cavablandırıb: "Azərbaycana gəldiyim gündən mənə diqqət ayırdılar. Mənə böyük sevgi göstərdilər. Bura gələndə mən də dəyişib, gözəlləşirəm. Hətta həyatımda ilk dəfə kosmetoloqa getdim. Mən heç vaxt maskalar etdirmirəm. Burada həyatımı yaşadım".
Qardaş ölkənin sənətçisi konsertdə səhnəni bölüşdüyü muğam ifaçısı Zenfira İbrahimovanın ünvanına təriflər yağdırmağı da unutmadı: "Belə bir səs görmədim. Zemanın inanılmaz səsi var. Həm də çox gözəl insandır. Mənə böyük diqqət göstərdi. Alış-verişə getdik, restoranda yemək yedik, gözəllik salonuna apardı. Onu da qeyd edim ki, azərbaycanlı müğənnilərdən kim istəsə, onunla duet oxuyaram".
Qeyd edək ki, konserti izləmək üçün şou-biznes nümayəndələri də qatılıb.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB