Prezident İlham Əliyev tərəfindən mükafatlandırılan xalq artistindən AÇIQLAMA

Prezident İlham Əliyev tərəfindən mükafatlandırılan xalq artistindən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb. Mükafat alanlar içərisində xalq artisti Aygün Bayramovanın da adı var.

SİA-ya təəssüratlarını bölüşən xanəndə çox sevincli olduğunu dilə gətirib: "İllərdir ki, Cənab Prezident İlham Əliyev tərəfindən bir çox mükafatlara layiq görülmüşəm. Xüsusi ilə diqqətinizə çatdırım ki, Prezident İlham Əliyev incəsənət adamlarına hər zaman diqqət ayırıb. Məni də həmkarlarım kimi diqqətdən kənarda qoymayıb. Azərbaycan Respublikası Prezidentinin mükafatını almaq çox gözəl hisdir. Cənab Prezident İlham Əliyevə məni də bu mükafata layiq gördüyü üçün təşəkkür edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə