Azərbaycanlı aranjemançı nələri etiraf etdi? AÇIQLAMA

Azərbaycanlı aranjemançı nələri etiraf etdi? AÇIQLAMA

Bu gün aranjemançı Fərid İman üçün özəl gündür. SİA-ya bu haqda Fəridin özü məlumat verib: "Bu gün ad günümdür. Doğum günümü ailəmlə birgə qeyd edəcəm. İnsan uşaq vaxtı tez böyüməyi arzu edər. Tez böyüyüm, təhsil alım, istəklərimə nail olum. Amma elə bir zaman gəlir ki, ana-ata yaşlanır, həyatdan köçür. Böyüdüyünə görə, nifrət edirsən ki, yaşımın üstünə yaş gəldikcə atam, anam vəfat etməzdi. Məni tək qoymazdılar. Mən böyüdüm. Atamı itirdim. Qəlbim yara bağladı. Düşünürəm ki, daha böyüməyim, anam yaşasın. Amma qəribəsi nədir bilirsiz? Mən də atayam. Mən yaşlanmasam, uşaqlarımın uğurlarını görə bilməyəcəm. Həyat insanın istədiyi kimi yox, zamanın axarı ilə gedir. Bu gün də 34 yaşımı qeyd edirəm. Allah hər kəsi öz yaşının gözəlliyinə görə yaşatsın. Məni ad günüm münasibətilə təbrik edən hər kəsə təşəkkür edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə