Moskvada yaşayan müğənnimiz Bakıda özəl gününü qeyd edəcək FOTOLAR

Moskvada yaşayan müğənnimiz Bakıda özəl gününü qeyd edəcək FOTOLAR

Sənətində uzun aylardır fasilə yaradan Rəqsanə sükutu pozmağa hazırlaşır. SİA-ya açıqlama verən sənətçi kliplərini, yeni albomunu və konsert proqramını təqdim etməyə hazırlaşdığını bildirib. Eyni zamanda, mayın 25-də doğum günü olacaq Rəqsanə üçün Bakıda təmtəraqlı məclis təşkil ediləcək: "Bir müddətdir Moskvadayam, ailəmlə burda yaşayırıq. Burada restoran açırıq. Bir müddət onun hazırlıqları ilə məşğul oldum. Təmir işləri hələ ki, uzandığından, açılışı sentyabr ayına qədər yubadırıq. Açılışdan sonra Azərbaycan, rus və türk sənətçilərini həmin restorana konsert proqramı ilə dəvət etməyi düşünürəm. Qeyd edim ki, restoran yoldaşımdan mənə hədiyyədir. Sənət adamı olduğum üçün mənə onun hədiyyəsi restoran oldu. Bu, tək biznes məqsədi ilə açılmır. Ulduzların birgə çıxışı, gecələrin təşkili, maraqlı şou proqramlar nəzərdə tuturuq. Yaxın günlərdə Bakıya gəlib, yeni xəbərlərim barədə ətraflı məlumat verəcəm".

Bütün xəbərlər Facebook səhifəmizdə