Amerikalı aktyor Val Kilmer "Reddit" saytında canlı yayımda sualları cavablandırıb. Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, aktyor pərəstişkarlarından birinin "Deyirlər, xərçəng xəstəliyindən əziyyət çəkirsiniz, bu düzdürmü" sualına belə cavab verib: "Bəli. Qırtlaq xərçənginə tutulmuşam. Bunu ilk dəfə Maykl Duqlas mətbuata deyib. Mənə yaxşılıq etmək istəyib. Çünki o zaman hamı mənim efirlərdə görünməməyimdən narahat idi. Amma müalicə alıram. İndi yaxşıyam".
Qeyd edək ki, 57 yaşlı Val bir müddət əvvəl xəstəlikdən əziyyət çəkmədiyini və yayılan xəbərlərin yalan olduğunu söyləmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB